Çoxlu vətəndaşın narazı olduğu təhsilə gələn il 4,4 milyard manat xərclənməsi nəzərdə tutulur
2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 423 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 537 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəricilərinə nisbətən isə 1 milyard 331 milyon manat və ya 43 faiz çox deməkdir.
Marja.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2019-cü illə müqayisədə 2023-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2 milyard 227 milyon manat və ya 2 dəfə artıq olacaqdır.
Qeyd edilib ki, gələn il 150 min nəfərədək uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2022-ci ilə nisbətən dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayının 12,2 min nəfər, təqaüdalanların sayının isə 9,5 min nəfərdən çox artacağı gözlənilir.
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığına rəvac verən tələbə krediti fondu üçün 8,0 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaqdır.
Qeyd edək ki, Azərbaycanda bir çox valideyn məktəblərdə verilən təhsilin səviyyəsindən narazıdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)




.jpg)








