AccessBankın kapitalı artırıldı
AccessBank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11,4 milyon manat artırıb.
Bankın yaydığı məlumatda bildirilir ki, kapitalın artırılması nominal dəyəri 1 AZN olan 11 388 889 manat imtiyazlı səhmlərin buraxılması ilə baş tutub. Bütün səhmlər tam həcmdə yerləşdirilib.
“MKOB və pərakəndə satış seqmentləri daxilində inkişaf planlarımızı dəstəkləmək üçün daha bir mərhələni uğurla başa vurduq. Səhmdarlarımızın AccessBank-a və Azərbaycanın bank sektoruna olan inamını görməkdən məmnunuq. Kapital artımı isə müştərilərimizə xidmət etmək və ehtiyaclarını ödəmək üçün əlavə stimul verir” - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
51 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
55 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
58 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü





















.jpg)






