“PAŞA Bank” sənaye nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa təşkil edib
(®) Ölkənin aparıcı korporativ bankı və bizneslərin etibarlı maliyyə tərəfdaşı olan “PAŞA Bank” növbəti dəfə sənaye nümayəndələrini dəyirmi masa ətrafında toplayıb. 21 noyabr tarixində baş tutan budəfəki tədbir “Qarabağ iqtisadi zonası: dayanıqlı gələcək üçün perspektivlər və imkanlar” mövzusuna həsr olunub.
Tədbir iştirakçılarını salamlayan “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev işğaldan azad edilmiş torpaqların iqtisadi perspektivindən və Bankın maliyyə əlçatanlığını təmin etmək istiqamətindəki fəaliyyətindən bəhs edərkən bildirib: “Biz, sosial məsuliyyətli korporativ vətəndaş olaraq azad edilmiş torpaqların bərpasına öz töhfəmizi vermək üçün investorlar və bizneslər, dövlət və özəl sektor arasında əlaqələndirici olmağa və mümkün dəstəyi göstərməyə hazırıq”.
”PAŞA Holdinq”in baş iqtisadçısı Elman Eminov, İqtisadi zonaların inkişafı agentliyinin idarə heyəti sədrinin müavini Elxan Şiriyev, “AGA Şirkətlər Qrupu”nun rəhbəri Aydın Dəmirçi, “Almet Holding” şirkətinin təsisçisi Şirin Camallı və “PAŞA Bank”ın korporativ və institusional bankçılıq departamentinin nümayəndləri tədbirdə çıxış edib. Tədbirin sonunda baş tutan sual-cavab sessiyası zamanı sahibkarları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən bu növ tədbirlərin keçirilməsində əsas məqsəd sektorlararası dialoqun yaradılmasına kömək etmək, sahələrarası əməkdaşlıqların qurulmasına zəmin yaratmaq, eləcə də sənayedə mövcud olan çağırışları, imkanları müzakirə edərək ən yaxşı təcrübələri nəzərdən keçirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 50 d. əvvəl
-
57 d. əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
2 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü










.jpg)








