Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarlar üçün birgə layihə həyata keçirib
(®) İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə təşkil etdiyi “Biznesin incəlikləri” adlı layihəni uğurla başa vurub.
Layihə çərçivəsində keçirilən təlimlərdə Bankın və Fondun əməkdaşları qadın sahibkarları güzəştli kreditlər, ilkin kapital mənbələri, gəlir və xərclər, reklam, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Gəncə şəhərində baş tutan tədbirdə Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və “Bank Respublika” İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu qeyd edib. Tədbir iştirakçılarına qadınların sahibkarlıq fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Qeyd edək ki, çox sayda qadın sahibkarın iştirak etdiyi təlimlər oktyabr-noyabr aylarında Xaçmaz, Masallı, Şəki və Gəncə şəhərlərində keçirilmişdir. Layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib.
Verilən məlumata əsasən, Bank gələcəkdə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


