“McDonald”s Azərbaycan”ın “Xoş anlarla birlikdə” adlı növbəti xeyriyyə aksiyası həyata keçirilib - FOTO
Aksiya ərzində əldə olunan 15 min 150 manat xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xərclənəcək.(®) Xəbər verdiyimiz kimi, noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında “Xoş anlarla birlikdə“ adlı xeyriyyə aksiyası keçirilib.
Aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olub.
Belə ki, “McDonald's Azərbaycan” hər bir qonağa ürək stikeri alaraq, üzərinə öz adlarını yazıb restoranının divarına yapışdırmaq imkanı yaradıb. Xüsusi stikerlərin, həmçinin aksiyanın son günündə (noyabrın 20-də) kartof frinin satışından əldə olunan gəlir xeyriyyə məqsədilə yönəldilib.
Nəticədə, aksiyanın keçirildiyi 20 gün ərzində əldə olunan 15150 AZN "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.
“Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi mərkəzinin sakini olan balacalar dekabrın 1-də “McDonald's Azərbaycan” restoranlarından birinə dəvət olunub, orada dadlı yeməklərdən dadaraq əyləniblər. Görüşdə mərkəzin nümayəndəsinə aksiya zamanı toplanan məbləğin əks olunduğu sertifikat təqdim olunub.
Korporativ sosial məsuliyyətə böyük önəm verən “McDonald's Azərbaycan” şirkəti “balacaların böyük problemləri olmamalıdır!” prinsipini rəhbər tutur. Azərbaycan bazarında fəaliyyət göstərdiyi illər ərzində şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir, uşaq evlərinə, tibbi yardım fondlarına və s. dəstək verir.
"McDonald's Azərbaycan" bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edir. Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



