Rusiya sülhməramlıları Şuşada aksiya keçirilən əraziyə əlavə qüvvə və texnika cəlb edir
Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.
Məlumata görə, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada keçirilən etiraz aksiyasının iştirakçılarının çadırlar qurduqları da qeyd olunur.
XXX
Biz ekoloji terrora “yox” demək üçün Şuşada etiraz aksiyası keçiririk.
Bunu Şuşaya ezam olunmuş müxbirinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova deyib.
“Biz dinc şəkildə etiraz aksiyası keçiririk. Dinc şəkildə öz torpağımızda öz tələblərimizi səsləndiririk. Ekoloji terrora “yox” deyirik!”, - Aynur Zülfüqarova əlavə edib.
Onun sözlərinə görə, Ermənistanın işğalından azad edilmiş ərazilərdə 150-dən çox faydalı qazıntı yatağı olub ki, bunun da təxminən 60-ı qanunsuz şəkildə istismar edilib.
“Tələb edirik ki, qanunsuz istismar edilən mədənlərimiz özümüzə qaytarılsın. Təəssüf ki, sülhməramlılar bizim aksiyamıza təzyiq göstərirlər”, - ETSN yanında İctimai Şuranın üzvü vurğulayıb.
Aynur Zülfüqarova Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlandığını da xatırladıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)






.jpg)


