“Qırmızı ürəklər” Fondunun 2 yaşı tamam oldu!
(®)Çoxsaylı xeyirxah əməllər həyata keçirən, sosial əhəmiyyətli layihələr icra edən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 2 ili tamam olub.
Bununla bağlı 10 dekabr 2022-ci il tarixində “Atelier 61 Events Hall”da tədbir keçirilib.
Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın nümayəndələri, donorlar, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri il ərzində göstərdikləri fəaliyyətlərə görə xüsusi sertifikatlarla təltif ediib.
İndiyədək fond tərəfindən müəyyənləşdirilən 3 əsas istiqamət (cəmiyyət, ətraf mühit, heyvanlar) üzrə müxtəlif sosial layihələr icra edilib. Həssas qrupdan olan uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. “Qırmızı Ürəklər” Fonduna 2022-ci il ərzində 1041 donor tərəfindən, 200-dən artıq könüllülərin iştirakı ilə 700 min manata yaxın məbləğində vəsait 4028 benefesiara ianələr şəklində dəstək göstərilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra populyar müğənnilər Murad Arif və Samira çıxış edərək “Qırmızı Ürəklər”i ad günü münasibətilə təbrik etdi.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)











.jpg)