Tesla Meksikada da elektrik avtomobil zavodu tikəcək
Amerikanın elektrik avtomobil istehsalçısı Tesla gələn həftə Meksikada elektrik avtomobil zavodunun tikintisini elan edə bilər.
Marja xəbər verir ki, bu barədə Bloomberg xəbər yayıb.
"Tesla Inc. Meksikanın şimal-şərqindəki sənaye zonasında elektrik avtomobillərinin yığılması zavodu tikmək planlarını yekunlaşdırır və zavodun tikintisini gələn həftə ərzində (bu həftə -red) elan edə bilər", - agentliyin məlumatında deyilir.
Məlumata görə, zavod Meksikanın Nuevo Leon əyalətinin Monterrey şəhərində tikiləcək.
Agentliyin məlumatına görə, Meksikadakı zavod Berlin, Şanxay və ABŞ-ın Texas ştatında yeni zavodların daxil olduğu şirkətin qlobal istehsalın genişləndirilməsi proqramının bir hissəsi olacaq.
Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilmişdir. Qərargah Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir və onu Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
24 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























