Azərbaycanın “Sitrus Bağı”ndan 40 tona yaxın kivi toplanıb, əsasən, xarici bazarlara göndərilib
Lənkəranın İstisu qəsəbəsində böyük “Sitrus Bağı” salınıb. Ərazidə kivi, kinkan, qreyfrut, feyxoa kimi müxtəlif ağaclar əkilib. Ömrünün 32 ilini müəllimliyə həsr edən Rəftarə Şükürova ailə təsərrüfatı yaradaraq həmkəndlilərinin dolanacaq imkanlarını artırıb. Rəftarə xanımın 15 hektar sahədə yaratdığı sitrus vadisində digər sitrus ağacları ilə yanaşı, 3 hektardan çox “ekzotik” meyvə sayılan kivi bağı var. 2000 ağacın əkildiyi bu bağdan 6-cı ildir ki, kivi yığılır.
Təsərrüfatın daimi işçiləri olsa da, sitrus yığımı zamanı 10-dan çox qəsəbə sakini buradan çörək pulu qazanır. Qadınlar bağda yorulmadan çalışırlar. Onlardan biri də Gülgəz Cabbarovadır. Dediyinə görə, bağda uzun müddətdir işləyir:
– Hər il yığım mövsümü başlanan kimi burada əl-ələ verərək ağacların barını toplayırıq. Haqqımızı da təhvil verdiyimiz məhsulun müqabilində gündəlik alırıq. İndi artıq iki ay olar ki, yığım başa çatıb. Mən günə 300 kiloqramdan çox kivi yığmışam. Yaxşıdır, işimdən razıyam. Sitrusçuluq yerli sakinlər üçün yaxşı qazanc mənbəyidir.
Təsərrüfat sahibi Rəftarə Şükürovanın dedikləri onun əsl təsərrüfatçı olduğundan xəbər verir:
– Bu il kivi yığımına çox erkən başlamış və uğurla başa çatdırmışıq. Yığımı seçmə üsulu ilə aparmışıq. Məhsuldarlıq yaxşı olub. Mövsüm ərzində bağdan 40 tona yaxın keyfiyyətli kivi toplanıb. Dərilən məhsul maşınlara yüklənərək, əsasən, xarici bazarlara göndərilib. Kiloqramı 1 manat 50 qəpiyə satılıb. Kivi ilə yanaşı, 6 hektar feyxoa bağımız da var. Qalan sahədə isə taxıl əkirik.
Qeyd edək ki, ötən dövrdə Lənkəranda ümumilikdə 11 hektardan artıq kivi bağları salınıb. Astara, Masallı və Balakəndə də kivi bağları var. Astara özünün feyxoa, kivi, portağal və mandarini ilə məşhurdur. Şahağacı, Ərçivan və digər kəndlərdə şəxsi təsərrüfatlar çoxdur. 2500 hektarda yeni salınmış sitrus bağlarında suvarma, ilkin olaraq, damcı üsulu ilə həyata keçirilir. Sonrakı mərhələlərdə çiləmə və daha mütərəqqi suvarma üsullarından da istifadə edilməsi nəzərdə tutulub.
Siyəku kəndində əhalinin yarıdan çoxu ruzisini sitrus meyvəçiliyindən əldə edir. Kənd sakini Osmanağa Qurbanov deyir ki, pandemiya zamanı məhsul satmaqda çətinlik çəkiblər. Bu il məhsuldarlıq digər illərə nisbətən az olsa da, vəziyyətlərinə hər halda şükür edirlər. Amma onu da öyrəndik ki, heç də hər fermer məhsulunu lazımınca sata bilmir. Bunun səbəbi yerli bazarda İrandan gətirilən kivilərin çox olmasıdır. Fermerlər daxili bazarın qorunmasını vacib sayırlar.
Masallıda da kivi bağları genişləndirilir. Hazırda rayonda 16 hektar kivi bağı var. Ərkivan, Mahmudavar, Boradigah fermerləri daha çox kivi istehsal ediblər. Ötən mövsümdə yığılan 30 tondan artıq məhsul bazar və marketlərə satılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



