"2023-cü ildə mikro sığortalar üzərində işləyəcəyik"
"Keçən ilki müsahibəmdə bildirmişdim ki, dövlət tərəfindən tənzimlənməyən məhsullar sektorunda fəaliyyətimizi genişləndiririk. Bu il xüsusən “Gəlirli Həyat Sığortası” məhsulunu qeyd etmək istərdim. Bu məhsul üzrə keçən il 29 milyon manat əldə etmişdiksə, 2022-ci il ərzində artıq bu nəticəni 50 milyona çatdırmağa müvəffəq olmuşuq. Bundan əlavə, deyim ki, 2023-cü ildə də biznesimizi bu istiqamətdə ciddi şəkildə inkişaf etdirəcəyik və paralel olaraq mikro sığortalar üzrə çalışacağıq. Düşünürəm ki, gələn ilin sonunda yeni sahədən pozitiv nəticələr əldə edəcəyik".
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov illik geniş müsahibəsində bildirib.
İsmayılov "Yeni ildə biznes planlarınız nədir?" sualına belə cavab verib:
"2021-2023-cü illər rəqəmsal transformasiya strategiyası adlanır. Bu il rəqəmsal strategiyamız tam formalaşıb, yekunlaşacaq, 2024-2026 illər üçün yeni strategiyamız yazılacaq.
IT infrastrukturla bərabər Korporativ Arxitekturamızın (Enterprise Architecture) təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Eyni zamanda rəqəmsal sistemlərimizin bizneslə daha rahat uyğunlaşması və inteqrasiyasını təmin etmək üçün 2023-cü ildə hissəli etaplarla Mikroservisə keçid proseslərini həyata keçirəcəyik.
Öncə dediyim kimi, mikro sığortalar üzərində işləyəcəyik.
Çoxdandır hazırlaşdığımız Solvency ll və IFRS 17 standartlarına gələn ildən keçid nəzərdə tutulur.
Əsas prioritetlərimizdən olan isə şirkətin tam Agile sistemə keçməsi üçün pilot layihəyə başlamaqdır. Data Driven Culture təmin etmək – yəni bütün qərarların intuisiya əsasında yox, dəqiq məlumatlar əsasında verilməsini təmin etmək. Bu istiqamətlər üzərində yol xəritəsinə uyğun olaraq çalışacağıq.
Daha sonra, Yeni Liderlik mədəniyyətinin tətbiqi – qeyd edim ki, bunun adı “Multiplier” yanaşmasıdır. Maraqlıdırsa bu barədə də oxucularımız internetdə araşdıra bilərlər. Qısaca deyim ki, əsl lider ətrafına insanları və ideyaları toplamağı və uğuru paylaşmağı bacarmalıdır. Bu da bir düşüncə tərzidir. Uğurlu lider komandasını da uğura sövq edir.
İndiki dövrdə ən önəmli keyfiyyət İnnovativlikdir. Bu mühiti yarada bilən istənilən komanda kifayət qədər öndədir. Biz bu mühiti yaratmaqla ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq".
HƏMÇİNİN OXU: “Biz ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq” – "PAŞA Həyat"ın sədri ilə müsahibə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























