1000 dollara 60 dollar gəlir gətirəcək istiqrazlar haqqında 21 sual, 21 cavab
Xəbər verdiyimiz kimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) yeni gəmilərin alınması üçün investorlardan istiqrazlar vasitəsilə 100 milyon dollar borc alır. Dövlət şirkəti hər birinin nominal dəyəri 1000 dollar olan 100 000 ədəd istiqraz satır. İstiqraz sahibləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə verdikləri borca görə illik 6% qazanc götürəcəklər.
Qazanc vəd edən ASCO istiqrazlarını əldə etmək istəyənlərin bir sıra suallarına cavablar hazırlanıb. Marja.az ASCO istiqrazları barədə sualları və cavablarını təqdim edir.
1. İstiqrazlar hansı formada buraxılacaqdır?
İstiqrazlar təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlar formasında buraxılmışdır. Yəni istiqrazlara mülkiyyət hüququ depo hesabından çıxarış əsasında müəyyən ediləcəkdir. Depo hesabından çıxarışı almaq üçün PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə (PAŞA Kapital) müraciət etmək lazımdır.
2. İstiqrazların emissiya prospektini haradan əldə etmək olar?
İstiqrazların emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemi (https://www.cbar.az/meas), PAŞA Kapitalın veb səhifəsi (https://www.pashacapital.az), ASCO-nun veb səhifəsi (https://www.asco.az), ASCO istiqrazların veb səhifəsi (www.ascoistiqraz.az) və Bakı Fond Birjası QSC-nin veb səhifəsindən (https://www.bfb.az/az) əldə edə bilər.
3. İstiqrazlar hansı valyuta buraxılmışdır?
ABŞ dolları ilə denominasiya edilmişdir. İstiqrazlar üzrə faiz (kupon) ödənişləri və əsas ödəniş ABŞ dollarında ediləcəkdir.
4. Bir istiqrazın qiyməti nə qədərdir?
Bir istiqrazın qiyməti 1 000 ABŞ dolları təşkil edir. Bu istiqrazın nominal dəyəridir.
5. Cəmi neçə istiqraz və hansı məbləğdə təklif edilir?
Təklif olunan istiqrazların sayı 100 000 ədəd, məbləği isə 100 000 000 ABŞ dolları təşkil edir.
6. İstiqrazların gəlirliliyi nə qədərdir?
İstiqrazların illik faiz (kupon) dərəcəsi 6% təşkil edir. Yəni hər bir istiqraza ildə 60 ABŞ dolları faiz (kupon) ödənişi ediləcəkdir. Bu ödənişlər illdə 2 dəfə, hər 6 aydan bir həyata keçiriləcəkdir. Bu müddət ilk istiqrazın yerləşdirildiyi tarixdən hesablanacaqdır.
7. İstiqrazların tədavül müddəti nə qədərdir?
İstiqrazlar tədavül müddəti 5 ildir. Bu müddət ilk istiqraz yerləşdirildiyi tarixdən hesablanacaqdır.
8. İstiqrazların hər hansı xüsusi şərtləri var?
Bəli. İstiqrazların tədavül müddətinin bitməsinə 2 il qalmış, istiqrazların emitenti, yəni ASCO, bu istiqrazları investorlardan geri almaq hüququ qazanır. Əgər ASCO tərəfindən belə bir qərar qəbul edilərsə, bütün istiqraz sahiblərinə istiqrazın nominal dəyəri (hər istiqraz üzrə 1 000 ABŞ dolları) və geri alış tarixinə toplanmış faiz (kupon) ödəniləcəkdir.
9. İstiqrazları ASCO-ya geri satmaq olar?
Xeyr. İstiqrazları satmaq istəyən investor PAŞA Kapitala satış sifarişi verə bilər.
10. ASCO istiqrazlardan əldə olunan vəsaiti hara xərcləməyi planlaşdırır?
ASCO istiqrazlardan əldə olunan vəsait hesabına yeni gəmilərin alınmasını planlaşdırır.
11. İstiqrazlara abunə yazılışı hansı tarixdə başlayır?
İstiqrazlara abunə yazılışı 29 dekabr 2022-ci il tarixində başlamışdır və 28 fevral 2023-cü il tarixində başa çatacaqdır.
12. Abunə yazılmaq üçün fiziki şəxs nə etməlidir?
İstiqrazlara abunə yazılmaq istəyən fiziki şəxslər PAŞA Kapitalın veb səhifəsinə daxil olaraq (https://www.pashacapital.az/trading/broker-hesabi-ac) hesab açılışı üçün anket məlumatlarını doldurmalıdır. Daha sonra PAŞA Kapital fiziki şəxsin anketdə göstərdiyi elektron poçt ünvanına və ya telefon nömrəsinə bildiriş göndərəcəkdir. Bildirişi alan fiziki şəxs iş günləri və iş saatlarında şəxsiyyət vəsiqəsi ilə birlikdə PAŞA Kapitalın yerləşdiyi ofisə (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 10-cu mərtəbə) gəlməlidir.
13. Abunə yazılmaq üçün hüquqi şəxs nə etməlidir?
İstiqrazlara abunə yazılmaq istəyən hüquqi şəxslər PAŞA Kapitalın elektron poçt ünvanına ([email protected]) müraciət göndərməli və ya +994 12 493 33 66 nömrəsi ilə əlaqə saxlamalıdır.
14. Abunə yazılışı onlayn şəkildə həyata keçirmək olarmı?
Bəli. ASAN imzası olan fiziki və hüquqi şəxslər müvafiq sənədləri elektron şəkildə imzalayaraq istiqrazlara abunə yazıla bilərlər. Bu prosedur haqqında ətraflı məlumat almaq istəyən şəxs PAŞA Kapitalın elektron poçt ünvanına ([email protected]) müraciət göndərməli və ya +994 12 493 33 66 nömrəsi ilə əlaqə saxlamalıdır.
15. İstiqrazları nə zaman təkrar bazara çıxarılacaqdır?
İstiqrazlara abunə yazılışı bitdikdən sonra, istiqrazların abunə yazılan investorlara satışı (yerləşdirməsi) həyata keçiriləcəkdir. Bu proses bitdikdən sonra istiqrazlar Bakı Fond Birjası vasitəsi ilə təkrar bazarda tədavül ediləcəkdir?
16. İstiqrazlar üzrə market meyker olacaqmı?
Xeyr. İlkin mərhələdə istiqrazlar üzrə market meyker olmayacaqdır. Növbəti mərhələlərdə ASCO tərəfindən market meyker təyin edilə bilər.
17. Abunə yazılışı zamanı istiqrazlara tələbat təklifdən çox olsa, istiqrazlar hansı qaydada abunə yazılmış şəxslər arasında yerləşdiriləcəkdir?
İstiqrazlara tələb (abunə yazılışı müddətində toplanmış sifarişlərin həcmi) təklifdən (təklif olunan istiqrazların həcmindən) çox olduğu təqdirdə, yerləşdirmə sifarişlərin həcminə uyğun olaraq mütənasib qaydada həyata keçiriləcəkdir.
18. İstiqrazlar üzrə ödənilən faiz (kupon) gəlirindən hər hansı vergi tutulacaqır?
Xeyr.
19. İstiqrazlara abunə yazılmaq üçün xərclər nə qədər təşkil edəcəkdir?
Xərclər abunə yazılışı zamanı sifariş olunan istiqrazların həcmindən asılıdır. Xərclər bu həcmin 0,03%-ni təşkil edəcəkdir. Abunə yazılışı zamanı investorun bank hesabından PAŞA Kapitalın bank hesabına sifarişin məbləğinin köçürülməsi bu xərcə aid deyil. Bank köçürmə komissiyası investora xidmət edən bank tərəfindən müəyyən edilir.
20. Abunə yazılışı zamanı sifarişin PAŞA Kapital tərəfindən təsdiqi hansı formada aparılacaqdır?
Abunə yazılmaq istəyən investor PAŞA Kapitala istiqrazların alışı üçün sifariş verir. Sifarişdə göstərilən məbləğ investor tərəfindən PAŞA Kapitalın bank hesabına ödənildikdən sonra, sifarişin qəbul edilməsi barədə PAŞA Kapital tərəfindən investora təsdiq verilir.
21. İstiqrazlara dövlət təminatı verilirmi?
Xeyr. İstiqrazlar təmin edilməmiş formada buraxılır. İstiqrazlar üzrə bütün öhdəlikləri ASCO daşıyır. ASCO-nun səhmlərinin 100%-i Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















