"Bolt Azərbaycan"dan qiymət artımı ilə bağlı açıqlama
Bolt şirkəti, qarlı hava şəraitilə əlaqədar olaraq güdiş haqlarının artdığı barədə xəbərlərə münasibət bildirib.
Marja.az-a daxil olan məlumata görə, Bolt şirkətinin Azərbaycandakı ofisindən Naim Əzizov bildirib ki, qiymət artımı Bolt proqramının hesablama prinsipi ilə əlaqədardır.
"Taksi çağırma bazarı dinamik qiymət prinsipi əsasında fəaliyyət göstərir. Tələb və təklif arasında disbalans olduqda (tələb təklifi üstələdikdə - red) alqoritmlər pik əmsallardan istifadə edir. Bu o deməkdir ki, tələbin (sərnişinlərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər. Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymət avtomatik olaraq azalacaq",- Naim Əzizov qeyd edib.
Naim Əzizov qeyd edib ki, gediş haqqına baza tarifi, gediş vaxtı kimi amillər ilə bərabər tələb və təklif də təsir göstərir. Buna görə, pis hava şəraiti, yol işləri və s. kimi hadisələr də qiymətin formalaşmasına rol oynayır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
24 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























