Əbu-Dabi – Bakı reysi əksər hallarda 100%, Budapeşet-Bakı isə 70% doluluq göstərir
Turizm münasibətlərinin genişləndirilməsi və birbaşa uçuşların sayının artırılması yanvarın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə Agentlik sədri ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin turizm əlaqələrinin də inkişafına təkan verəcək amil kimi qiymətləndirildiyini, hazırda mövcud olan birbaşa uçuşların qarşılıqlı səfərlərin sayının artmasında önəm kəsb etdiyini diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torman öz növbəsində birbaşa uçuşların turist mübadiləsində xüsusi rol oynadığını, bu məqsədlə uçuşların sayının və Macarıstanda Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib. Səfir, həmçinin Macarıstan vətəndaşları üçün vizasız rejimin tətbiqinin ziyarətçilərin sayının artmasında əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.
Görüşdə turizm şirkətləri, media nümayəndələri və influenserlərin qarşılıqlı səfərlərinin təşkili, bu istiqamət üzrə hər iki ölkənin mədəniyyətinin tanıtımına həsr olunan “Macarıstan və Azərbaycan günləri”nin keçirilməsi və qarşılıqlı təbliğat üçün birgə fəaliyyət planının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Fuad Nağıyev Azərbaycanda son illərdə turizmə dövlət səviyyəsində göstərilən diqqəti vurğulayaraq işğaldan azad olunan torpaqların turizm potensialının səmərəli istifadəsi üçün çoxistiqamətli layihələr və konsepsiya sənədlərinin hazırlandığını qeyd edib.
Səfir Tamaş Yojef Torman Azərbaycanla Macarıstan arasında birbaşa hava uçuşlarının sayının artırılması mövzusunda yanvarın 12-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti Ovein Cons arasında keçirilən görüş haqqında danışıb.
Qeyd edilən görüşdə Florian Zenqstşmid tərəfindən “Wizz Air” hava şirkətinin Əbu-Dabi – Bakı marşrutunun effektiv fəaliyyəti və BƏƏ-dən turizm axınına töhfəsi, ənənəvi bazarlarla yanaşı, son illərdə Yaxın Şərq, Pakistan, Hindistan bazarlarının Azərbaycan üçün əhəmiyyəti, həmçinin Avropada Polşa və almandilli ölkələr üzrə aparılan marketinq fəaliyyəti, Yaponiya və Koreya ilə bu istiqamətdə əlaqələrin intensivləşdirildiyini qeyd edib. O, “Wizz Air”in Bakıya hədəf ölkələrdən uçuşlar həyata keçirməsinin turist sayının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində “Wizz Air” aviaşirkətinin icraçı vitse-prezidenti Ovein Cons təmsil etdiyi ultra-loukoster şirkətin daha çox insanın səyahət etməsini hədəflədiyini, Əbu-Dabi – Bakı reysinin əksər hallarda 100%, Budapeşet-Bakı reysininin isə 70% doluluq göstərdiyi bildirilib.
Ovein Cons gələcəkdə Azərbaycanın regionlarında yerləşən hava limanlarına da uçuşların həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
-
42 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb














.jpg)



