Kondisioner satışında kütləvi aldatma var
Yay mövsümü ilə bağlı insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Artıq hər evdə, o cümlədən iş yerlərində kondisioner görmək mümkündür. Lakin eyni zamanda kondisionerlərin ziyanı barədə söz-söhbətlər də bir o qədər çoxalıb.
Maraqlıdır, hazırda kondisioner bazarında vəziyyət necədir? İstehlakçılar kondisioner alan zaman nələrə diqqət etməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, hazırda bu sahədə ciddi problemlər var:
“Hələ qış aylarından etibarən kondisionerlərlə bağlı məhkəmə işlərimiz gedir. Bu sahədə istehlakçıların aldadılması baş verir. Əlbəttə, satıcılar bütün hallarda alıcıları aldadırlar. Adətən kondisionerin normal soyudub-isitməsi ilə bağlı yanlış məlumatlar verilir. Məsələn, kondisionerlərin sənədlərində “60 kvadrat metrlik evi soyuda bilər” yazılır. İstehlakçının evi 40 kvadrat metrdirsə, fikirləşir ki, bu kondisioner mənim evimi normal soyudacaq. Lakin satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və bilərəkdən gizlədilir.
Eyni zamanda gətirilən kondisionerlərin 80 faizinin sənədlərində Azərbaycan dilində hər hansı məlumat əks olunmadığına görə istehlakçı heç nə başa düşmür. Sadəcə, satıcının şirin dilinə inanıb alır və daha sonra kondisionerdə müəyyən problemlər çıxır”.
E.Hüseynovun sözlərinə görə xüsusilə kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olur:
“Kredit yolu ilə alınan kondisionerlərdə problemlər var. Kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir.
Digər tərəfdən kondisionerlərin nə dərəcədə soyutması barədə şəffaflıq yoxdur. Bu sahədə böyük qaranlıq var. Azərbaycana gətirilən kondisionerlərin əksəriyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmayıb və heç bir sertfikat verilməyib. Bu cür malları satmaq isə qadağandır”.
Hazırda kondisionerlərin satışı ilə bağlı məlumat almaq üçün bir neçə mağaza ilə əlaqə yaratdıq.
“Arçelik “ mağazasından verilən məlumata görə, hazırda kondisionerlərə tələbat kifayət qədər artıb:
“Kondisionerlərin qiyməti 499 manatdan başlayıb 3773 manata kimi davam edir. Bunlar kondisionerin ölçülərinə görə dəyişən qiymətlərdir. Ölçü kondisionerlərin eni, uzunluğu və hündürlüyü vurulmasına bərabərdir və otağın həcminə əsasən alınan standart ölçü vahididir. Kondisioner satışı belədir: Müştəri ilkin müraciətini edəndən sonra biz bəzi parametrləri müəyyənləşdiririk. Məsələn, bir müştəri Qubadan, biri Kürdəmirdən gəlibsə, istədikləri kondisionerlərin forması, kvadrat metri, yaşadığı mənzil və mərtəbəsi eyni olsa da, ölçü vahidlərində fərqlər qoyulur. Yəni əvvəlcə diaqnoz qoyulub, daha sonra təkliflər edilir.
Kondisionerlər alıcıya iki variantda: nağd və kreditlə verilir. Hazırda kondisionerlərin satışında ciddi artım müşahidə olunur. Müştərilərin əksəriyyəti kreditlə almağa üstünlük verir. Çünki 18 ayadək faizsiz və ilkin ödənişsiz krediti nəzərədə tutan kampaniyamız mövcuddur”.
“Electrolux Baku” mağazası da kondisioner almaq istəyənlərin artdığını bildirib:
“Hazırda kondisioner alanların sayında artım müşahidə edilir. Kondisionerləri şəxsiyyət vəsiqəsi və üç yaxın qohumun əlaqə nömrəsi tələbi ilə verilir. Eyni zamanda kondisionerlər həm kreditlə, həm də nağdla alıcılara təklif olunur. Kreditlə ilkin ödəniş 10 faizdir, yerdə qalan məbləği isə 6 aya bölürük. Nağd satış olanda isə həmin mala 10 faiz endirim edirik. Kondisionerlərin qiyməti 555 manatla 1399 manat arasında dəyişir”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
-
7 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
8 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
10 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Əraqçi: İran atəşkəsi qəbul etmir
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək








.webp)


.jpg)







