Yapı Kredi-nin 2022-ci il mənfəəti proqnozu üstələyib
Türkiyə bankı Yapı Kredi 2022-ci ildə 52,74 milyard TL mənfəət açıqlayıb. Bazar proqnozu bankın 51,65 milyard TL mənfəət əldə edəcəyini nəzərdə tuturdu.Azərbaycanda da törəmə bankı olan Türkiyənin iri kredit təşkilatı Yapı Kredi bazar gözləntilərini üstələyən 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, bank 2022-ci ildə 52,74 milyard TL (türk lirəsi) mənfəət əldə edib. 2021-ci ildə bankın mənfəəti 10,49 milyard TL olmuşdu. 2022-ci il üçün bazarın proqnozu 51,65 milyard lirə idi.
2022-ci ildə bankın xalis faiz gəlirləri 76,95 milyard lirə olaraq qeydə alınıb. 2021-ci ildə bank 22,7 milyard TL faiz gəlirləri əldə etmişdi. Xalis komissiya gəlirləri 2021-ci ilə nisbətən 93% artaraq 14,13 milyard lirəyə yüksəlib.
Bankın kredit portfelinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 50% artaraq 584 milyard lirəyə, Bankın aktivlərinin həcmi (bankın böyüklüyü) isə 52% artaraq 1,2 trilyon lirəyə çatıb. Ümumi müştəri əmanətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68% artaraq 695 milyard lirəyə çatıb. Kapitalın gəlirliliyi isə 57% olub.
Maliyyə nəticələrini qiymətləndirən Yapı Kredinin sədri Gökhan Erün belə bir qiymətləndirmə edib: “Sadəcə sosial və ekoloji baxımdan deyil, maliyyə baxımından da davamlılığın əhəmiyyətinə inanan bir bank olaraq bütün imkanlarımızla milli iqtisadiyyata dəstək olduq. Bu istiqamətdə 2022-ci ildə ciddi uğur qazandıq. Türk lirəsi kreditlərində bazar payımız özəl banklar arasında 17% oldu. Türk lirəsi ilə müştərilərin əmanətlərindəki payımız özəl banklar arasında 16,2% təşkil edib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)








.jpg)







