İstixana, soyuducu anbar və taxıl elevatorları sahiblərinin nəzərinə!
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər EKTİS-də təqdim etməlidirlər
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir.
Həmçinin, Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.
EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə də müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur























.jpg)
