NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərib - MƏBLƏĞİ
NEQSOL Holding-in qərarı ilə tərkibindəki şirkətlər Türkiyədə güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və Türkiyə xalqına dəstək məqsədilə ümumilikdə 14 milyon TL məbləğində humanitar yardım edib.
Bu barədə Marja-ya Holdinqdən bildirilib.
Qeyd edilib ki, holdinqin tərkibinə daxil olan Bakcell şirkəti zəlzələ baş vermiş ərazilərdə dayanıqlı rabitənin təmin edilməsi üçün Türkiyəyə 6 milyon TL-yə yaxın dəyərdə xüsusi telekommunikasiya avadanlıqları göndərib.
Holdinqin Azerconnect, Norm və Nobel Energy şirkətləri isə ümumilikdə 8 milyon TL məbləğində yardım göstərib. Vəsaitin böyük hissəsi Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) köçürülüb. Yardımın digər hissəsi isə insanların təcili ehtiyaclarının qarşılanması üçün birbaşa Türkiyənin fəlakət bölgəsinə yönəldilib.
Bunlara əlavə olaraq, Bakcell şirkəti Türkiyədə olan 7000-dən çox abunəçisinin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək üçün onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yükləyib.
Zəlzələ nəticələrinin aradan qaldırılması istiqamətində NEQSOL Holding hazırda Türkiyədəki tərəfdaşları ilə müvafiq işlər aparır və humanitar yardımını davam etdirməyi nəzərdə tutur.
NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb












.jpg)





.jpg)






