Azərbaycanda iqtisadiyyatında azalma başladığı açıqlandı
2023-cü ilin yanvar ayında Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı açıqlanıb. ötən ilin yanvar ayında iqtisadi artımın tempi 5,8 faiz ikən, 2023-cü ilin yanvar ayında istehsal 1,5 faiz azalıb.2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır.
ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olmuşdur.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artmışdı.
ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdi. Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olmuşdu.
2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ























