Azərbaycanın Milli Ödəniş Sistemində 343 milyard manatlıq əməliyyat
2022-ci il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 343 milyard manat, sayı isə 97.6 milyon ədəd təşkil etmişdir.
Marja xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən ödənişlərin sayı 1.4 mln. ədəd, həcmi 300.1 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 95.9 mln. ədəd, həcmi 41.9 mlrd. manat olmuşdur. 2022-ci il ərzində Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların sayı 337.3 min ədəd, həcmi isə 549.6 mln. manat olmuşdur.
2021-ci il ilə müqayisədə aparılan əməliyyatların həcmində AZİPS üzrə 63.3%, XÖHKS üzrə isə 23.7%, AÖS üzrə isə 2 dəfə artım müşahidə olunmuşdur.
Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2021-ci illə müqayisədə müvafiq olaraq 37.9% və 56.3% artmışdır.
Qeyd edilib ki, Milli Ödəniş Sisteminin yeni komponenti olan, 24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin və funksionallıqlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hesabat dövrünün sonuna 24 bank, “Azərpoçt” MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu inteqrasiya olunmuşdur. AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə 2022-ci il ərzində iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilmişdir.
AÖS vasitəsilə 2022-ci il ərzində həyata keçirilən ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.9 dəfə, həcmi isə 2 dəfə artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























