Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu!
“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri məlum olub.
“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC-nin və “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
"Good Finance"şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Mühasibatlıq və rəqəmsallaşma” panelində "Davud Mamedov" MMC-nin baş direktoru Davud Məmmədov, "Pro Team Consulting & Outsourcing" şirkətinin təsisçi və direktoru Sənan Rzayev, "Avrora" MMC-nin maliyyə meneceri Simnar Paşazadə və "WeFinix" MMC-nin təsisçi və direktoru Şəhla Abdulla təcrübələrini bölüşəcəklər.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib" panelində biznes idarəçisi Vüsal Şərifov və Azərbaycan İnvestisiya Holdinqinin Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri Vüqar İbrahimov çıxış edəcək.
"Maliyyə hesabatları və audit" paneli Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqovun moderatorluğu ilə baş tutacaq. EY Azərbaycan şirkətinin Azərbaycan Respublikasındakı filialının Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacızadə, "Rewe Group" şirkətinin Mühasibatlıq və maliyyə meneceri Bəhram Novruzov, Bakı Mühəndislik Universitetinin müəllimi Elvin Həsənov və "AzVirt" MMC-nin Daxili Audit Rəhbəri Müşfiq Bayramzadə vergi auditi zamanı diqqət edilməli mövzulara toxunacaqlar.
"Good Finance" MMC-nin vergi konsultantı Teymur İslamlının moderator olduğu "Vergi Riskləri" paneli "Bizcon Audit" MMC-nin həmtəsisçisi və direktoru Anar Bayramov, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, Vergi siyasəti Baş İdarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi Elvin Məmmədli, "SM Consulting" MMC-nin təsisçisi Emin Səttarov, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev, və "Finstab" MMC-nin təsisçisi Yusif Yusifzadənin spikerliyi ilə baş tutacaq.
Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/fifbaku.az
İnstaqram: https://www.instagram.com/vmzbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 10 saat əvvəl
-
10 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
11 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
11 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
12 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























