ABB-nin dəstəyi ilə ilin iş adamı seçiləcək
(®️) EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi 16 fevral tarixində elan ediləcək.
Müsabiqədə bu il Azərbaycandan 13 şirkət iştirak edir. Onlar IRES,Pickvisa,Bakı Tekstil Fabriki, Times Consulting, Savalan ASPI Winery, Lignum Logistic, Crispa Snacks, Spektr Medical Group, Facemark, Baku Holiday Travel, Qranit QP, Simbrella, CinemaPlus şirkətləridir. Qalib bu şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
ABB artıq dördüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir.
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.
"EY İlin İş Adamı" müsabiqəsi dünyanın 60-dan çox ölkəsində təşkil edilir. ABB-dən başqa bp, Veysəloğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqəyə dəstək verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ







.jpg)





.jpg)


.jpg)







