Azərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldı
Gəlirlərin azalması xaricə satılan neft və qazın miqdarının aşağı düşməsi ilə əlaqədardır.2023-cü ilin yanvar ayında Azərbaycandan 1 milyard 592 milyon 311 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. 2022-ci ilin yanvarında bu malların ixracı 2 milyard 854 milyon 510 min dollar təşkil etmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracının məbləği 1 milyard 262 milyon 199 min dollar və ya 44% azalıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracından gələrlər 633 milyon 688 min dollar və ya 31,2% azalaraq 1 milyard 397 milyon 747 min dollara, təbii qaz ixracından gəlirlər 663 milyon 265 min dollar və ya 5,7 dəfə azalaraq 140 milyon 36 min dollara düşüb. Neft məhsullarının ixracı isə 28 milyon 789 min dollar artaraq 45 milyon 932 min dollara yüksəlib.
Müqayisə olunan dövrdə miqdar ifadəsilə Azərbaycanın xam neft ixracı 1 milyon 259 min 433 ton azalaraq 2 milyon 246 min 118 tona geriləyib. Azərbaycandan 2022-ci ilin yanvarında 3 milyon 505 min 551 ton xam neft ixrac edilmişdi.
Azərbaycandan təbbi qaz ixracı, miqdar ifadəsilə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 1 milyard 357 milyon 587 min kub metr azalaraq 255 milyon 612 min kub metrə düşüb. 2022-ci ilin yanvarında Azərbaycandan 1 milyard 613 milyon 199 min kub metr təbii qaz ixrac edilmişdi.
Neft-qaz sektoruna daxil olan malların ixracı 2023-cü ilin yanvar ayının ixracının 84,8%-ni təşkil edib. Ötən ilin yanvarında bu nisbət 92.48% idi.
İXRAC AZALIB, İDXAL ARTIB
2023-cü ilin Yanavar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ dolları təşkil edib. Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxal əməliyyatları 974 milyon 865 min ABŞ dolları, saldo 2 milyard 111 milyon 817 min ABŞ dolları təşkil etmişdi.
Azərbaycanın xarici ticarətində profisit (müsbət saldo) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 4,5 dəfə az olub. Saldonun kəskin azalması ixracın düşməsi, idxalın isə artması ilə əlaqədardır. Xarici ticarət dövriyyəsi 19 %, ixrac 39,2 % azalıb, idxal isə 44,9 % artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
16 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
17 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
17 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
17 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar

















.jpg)


