Neft qiymətləri aşağı düşür
Neft bir qədər ucuzlaşıb. Marja xəbər verir ki, ABŞ-da faiz dərəcələrinin daha da artacağı ilə bağlı narahatlıqlar və güclü dollar Çində tələbin potensial bərpası ilə bağlı nikbinliyin üzərindən xətt çəkir.
ABŞ-da qiymət indeksləri (inflyasiya göstəricisi), dünyanın ən böyük iqtisadiyyatında inflyasiyanın çox güman ki, inadkar qalacağını göstərir.
ABŞ Mərkəzi Bankının (FED) rəsmiləri gələcək aylarda faizlərin daha da artırılacağına işarə ediblər. Faizlərin daha da yüksəldilməsi bu il iqtisadi artıma maneə törədə və xam neftə tələbi azalda bilər.
Bakı vaxtı ilə 08:00-a olan məlumata görə, Brent neftinin fyuçersləri 0,8% azalaraq barreli 84,48 dollara, Qərbi Texas neftinin fyuçersləri isə 0,7% geriləyərək bareli 77,97 dollara düşüb. Hər iki müqavilənin bu həftə 1.5% ilə 2% arasında dəyər itirilməsi nəzərdə tutulur.
FED rəsmiləri James Bullard və Loretta Mesterin mərkəzi bankın daha çox faiz artıracağı barədə açıqlamaları xam neft qiymətlərinə mənfi təsir edən dolların bahalaşmasına səbəb olub. Dolların möhkəmlənməsi xam nefti beynəlxalq alıcılar üçün bahalaşdırır və qlobal neft tələbini azaldır.
Neft qiymətləri bu həftənin əvvəlində Bayden Administrasiyasının Strateji Neft Ehtiyatından 26 milyon barrel xam neft satmağı planlaşdırması ilə də aşağı düşüb. Bu, ABŞ-ın xam neft ehtiyatlarında gözləniləndən əhəmiyyətli dərəcədə böyük artımı göstərən məlumatlar ilə bəraabər, yaxın perspektivdə ABŞ-da potensial tədarük bolluğuna işarə edir.
Bazarlarda Çin tələbinin bərpası ilə bağlı optimizm də möcuddur. Həm Neft İxrac Edən Ölkələr Təşkilatı, həm də Beynəlxalq Enerji Agentliyi 2023-cü il üçün tələb proqnozlarını yüksəldiblər. Proqnozlara görə, Çində bərpa bu il neft tələbinin 50%-dən çoxunu təmin edəcək.
Çin, üç illik karantin məhdudiyyətlərini ləğv edib və iqtisadi artımı dəstəkləyir.
Lakin Çindən gələn iqtisadi məlumatlar ölkədə bərpanın çox da güclü olmadığını göstərib. Neft "buğaları" indi dünyanın ən böyük neft idxalçısında iqtisadi canlanmanın daha güclü əlamətlərini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)






