“Azərlotereya” ASC “Yaşıl Gələcək” layihəsinə qoşuldu
(®) “Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindən olan ekologiya və ətraf mühitin mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir. Şirkət növbəti addım olaraq Nazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşulub.
Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində ilkin mərhələdə “Azərlotereya” 1 000 ədəd ağacın əkilməsi üçün ianə edib. Şirkət bundan sonra da layihəyə dəstək göstərməyə davam edəcək.
“Yaşıl Gələcək” layihəsi ölkəmizin yaşıllaşdırılmasında könüllü iştirakı nəzərdə tutur. Ağac əkilməsinə dəstək olmaq istəyənlər yasilgelecek.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, “Azərlotereya” daha öncə Nazirliyin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına da qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3 000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.
Aksiyaların məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də, sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, gələcək nəslə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.
Ətraflı: https://yasilgelecek.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



