ABŞ-ın neft ehtiyatları gözləniləndən çox artıb
ABŞ-da kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) fevralın 24-də başa çatan həftədə 1,2 milyon barel və ya 0,2% artaraq 480,2 milyon barelə çatıb. Analitiklər ehtiyatların cəmi 0,46 milyon barel artacağını gözləyirdilər.
Marja xəbər verir ki, bu barədə ölkənin Enerji İnformasiya İdarəsinin həftəlik icmalında bildirilir.
Eyni zamanda, ABŞ-ın strateji neft ehtiyatı dəyişməyib: yanvar ayından bu yana göstərici 371,6 milyon barel səviyyəsində qalıb.
Ölkənin ən böyük Kuşinq terminalında neft ehtiyatları hesabat dövründə 40,4 milyon bareldən 40,7 milyona yüksəlib.
Eyni zamanda, ABŞ-ın benzin ehtiyatları gözlənilmədən 0,9 milyon barel (0,4%) azalaraq 239,2 milyon barelə düşüb. Analitiklər isə əksinə, 0,5 milyon barel artım gözləyirdilər.
Fevralın 24-də bitən həftədə ABŞ-ın neft hasilatı gündəlik 12,3 milyon barel səviyyəsində olub.
Son dörd həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 12,3 milyon barel təşkil edib.
Fevralın 7-də ABŞ Energetika Nazirliyi ölkədə cari il üçün orta neft hasilatı proqnozunu sutkada 80 min barel artıraraq 12,49 milyon barelə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)









.jpg)





