2023-cü ildə Ukraynada taxıl istehsalının təxminən 30 faiz azalacağı proqnozlaşdırılır
"2023-cü ildə Ukraynada taxıl yığımı təxminən 38 milyon ton təşkil edəcək ki, bu da ötən illə müqayisədə 27,4% azdır".
Marja xəbər verir ki, bunu Rusiyada Qış Taxıl Konfransında ProZerno Analitik Mərkəzinin baş direktoru Vladimir Petriçenko bildirib.
"2022-ci ildə Ukraynada yığılan taxıl 52,4 milyon ton təşkil edib, 2023-cü ildə 38 milyon ton təşkil edəcəyi gözlənilir", - Petriçenko öz təqdimatında bildirib.
Yeni 2023-2024-cü il mövsümündə buğda məhsulunun 14 milyon ton (-26%), qarğıdalının 21 milyon ton (-21%), arpanın 2 milyon ton (-65%) olacağı qiymətləndirilir.
Analitik mərkəzin baş direktorunun sözlərinə görə, bu il fevralın 22-nə Ukrayna artıq 30,8 milyon ton taxıl ixrac edib.
"Ukrayna taxılı açıq-aydın bizim buğdadan ucuz satılır. Kasıb ölkələrə çatdırılması şüarı ilə təşkil edilən bu taxıl dəhlizi normal kommersiya prosesidir, burada humanitar heç nə yoxdur", - ekspert qeyd edib.
"Bu mövsüm dünyada taxıl məhsulu 1,7% azalacaq"
Cari kənd təsərrüfatı mövsümündə dünya taxıl yığımı qarğıdalı və düyü üçün əlverişsiz proqnoza görə 1,7% azalaraq təqribən 2,8 milyard tona düşəcək.
Belə bir proqnoz cümə günü Altay diyarında keçirilən Qış Taxıl Konfransında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya Federasiyası ilə əlaqə üzrə məsləhətçisi İqor Şpakov bildirib.
Buğda məhsulunun istehsalında isə artım baş verəcəyi gözlənilir.
"Ümumilikdə, buğda üzrə dünyada rekord göstərici - məhsulun 794 milyon tona çatacağı gözlənilir ki, bu da ötən mövsümlə müqayisədə 2,02%, yaxud fiziki ifadədə 16 milyon ton çoxdur", - Şpakov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

























