Gürcüstanda qalmaqallı qanun geri götürüldü
Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə etirazlara səbəb olan “xarici agentlər” barədə qanunu geri götürüb.
“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə məlumat “Gürcü arzusu – Demokratik Gürcüstan” və qanunu təqdim edən “Xalqın gücü” hərəkatının yaydığı birgə bəyanatda qeyd olunub.
Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “xarici agentlər” haqqında qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiya zamanı 133 nəfər saxlanılıb.
Qeyd edək ki, fevral ayında “Xalqın gücü” hərəkatının üzvləri parlamentə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini təqdim edib.
Birincisi Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Gürcüstan parlamenti martın 7-si məhz bu layihəni qəbul edib. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.
İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Belə ki, bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la (Foreign Agents Registration Act, FARA) oxşardır. Bu qanuna əsasən “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























