Avro və qızılın daha da ucuzlaşacağı gözlənilir - GÜNƏ BAXIŞ
Bu gün açıqlanacaq və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin gedişatı üçün əhəmiyyətli olan ABŞ-da əmək bazarına dair statistik göstəricilər öncəsi dollar indeksinin 105.50 bənd hədlərindən 104.80 bənd hədlərinə kimi gerilədiyi müşahidə olunur.
Bunda dünən Amerikada işsizlik müavinatı üçün müraciətlərin sayının artımla açıqlanması da mühim rol oynamışdır. Dərc olunan məlumatlara görə, işsizlik müavinəti üçün müraciətlər gözləniləndən çox artıb. 2023-cü ildə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 4 Martda bitən həftədə əvvəlki həftəyə nisbətən 21 min nəfər artaraq 211 min nəfərlə 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədir.
FED sədri Jerom Pavelin mart ayı toplantısı ilə bağlı qərar verilmədiyi, açıqlanacaq məlumatların təhlil ediləcəyi və faiz qərarında əmək bazarına dair göstəricilərin, xüsusilə də “NFP”-nin əhəmiyyətli olduğunu vurğulamasından sonra analitiklər fevral ayı məşğulluq hesabatının bazarların diqqət mərkəzində olduğunu qeyd ediblər.
Qeyd edək ki, analitiklər fevral ayında qeyri-kənd təsərrüfatı sektorunda 205 yeni iş yeri açılacağı, işsizlik səviyyəsinin isə 3.4% səviyyəsində qalacağını proqnozlaşdırırlar.
Həmçinin bu gün İngiltərədə açıqlanacaq ÜDM və Sənaye istehsalının həcmi, Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi kimi vacib iqtisadi göstəricilər, eləcə də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən dollar indeksində artım tendensiyası davam edər və yenidən 105 bənd hədləri üzərinə yüksələrsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.05$ və 1.17$-a kimi ucuzlaşa bilər.
Dollar indeksindəki geriləmə fonunda qızıl dəyər 1835$-a kimi bahalaşdı. Hazırda 1828$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1824$-ın altına düşsə, 1814$ və 1806$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







