Beynəlxalq Bank təhlükəsi sovuşdu - plan qəbul olundu
Azərbaycan Beynəlxalq Bankının (ABB) təklif etdiyi 3,3 mlrd. ABŞ dolları həcmində xarici borclarının restrukturizasiyası planı əksər kreditorlar tərəfindən dəstəklənib.
"Bloomberg" agentliyi xəbər verir ki, borcun 87%-nə sahib olan kreditorlar restrukturizasiya planı ilə bağlı son qərarın verilmə tarixinə 1 gün qalmış, yəni iyulun 12-də təklifin "lehinə" səs veriblər. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, planın təsdiq olunması üçün kreditorların 2/3 hissəsinin müsbət qərarı kifayət edir.
40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!
Qeyd edək ki, ABB bəzi borclarının 20%-nin silinməsini və dövlət istiqrazları ilə əvəzlənməsini istəyir. "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." kimi xarici investorlar ABŞ-da məhkəmədə bu qərara qarşı çıxıblar. Onlar,restrukturizasiya planında Azərbaycan Dövlət Neft Fondunun iştirakını qeyri-ədalətli hesab ediblər.
Xatırladaq ki, ABB-nin xarici borclarının iflası may ayının 10-da Bankın 100 mln. ABŞ dolları həcmində kreditini ödəyə bilmədiyi zaman ortaya çıxıb. Bankın restrukturizasiya planı ilə bağlı son qərarını kreditorların iyulun 18-də keçiriləcək iclasından sonra açıqlanması gözlənilir. Müddəti 2019-cu ilin iyununda bitəcək 500 mln. dollarlıq istiqrazlara sahib olan "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." Nyu-York məhkəməsini restrukturizasiya planının ləğv etməyə çağırsa da, səsvermə keçirilmədiyi üçün məhkəmə tələbi rədd edib.

Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:
- Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.
- Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.
- “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.
- Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.
- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.
- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.
© Report
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 17 d. əvvəl
-
26 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 43 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
















.jpg)






