Laboratoriyada hazırlanan brilyantın satışı artır - TƏBİİ BRİLYANT İLƏ EYNİDİR, AYIRMAQ MÜMKÜN DEYİL
Zavod istehsalı (laboratoriyada hazırlanmış) brilyantdan ibarət zinət əşyalarının satışı artır, təbii brilyantdan ibarət zinət əşylarının satış isə azalır. Süni brilyantlar təbii olaraq yarananlar ilə eyni görünür. Yalnız nəzərəçarpan fərq qiymət etiketidir.
Marja.az CNN-ə istinadən xəbər verir ki, təbii almaz sənayesindəki ən böyük qorxu istehlakçıların laboratoriyada hazırlanmış brilyantları nişan üzüklərində qəbul etməyə başlamalarıdır. Bu proses əslində baş verir. İstehlakçılar niyə süni brilyantlara axın edirlər? Xərc ən birinci səbəbdir. Süni brilyant təbii brilyantdan 70% ucuzdur. Lakin süni brilyant ilə eyni kəsimdə və şəffaflıqdadır. Siz təbii almazdan alınmış brilyantı laboratoriyada hazırlanmış çeşiddən ayıra bilməzsiniz.
Laboratoriya almazı (brilyantın xam maddəsi) əsl almazdır, lakin onu hazırlamaq üçün bir neçə həftə lazım olur. Təbii almazlar 800 milyon ilə üç milyard il ərzində əmələ gəlib və onların sonsuz ehtiyatı yoxdur. Bu, təbii almazları baha edir. Digər tərəfdən Rusiyanın Ukraynaya müdaxiləsi təbii xam almazların alınmasını çətinləşdirdiyinə görə qiymətlərin qalxacağı ehtimal edilir. Sanksiyalar birbaşa olaraq qismən Rusiya hökumətinə məxsus olan və ABŞ hökumətinin dünyanın ən böyük almaz hasilatı şirkəti olaraq təyin etdiyi və qlobal almaz hasilatının 28%-ni təşkil edən "Alrosa"nı hədəf alır.
Həmçinin Afrika-nın bəzi almaz mədənlərində uşaq əməyinin istifadəsi də süni brilyantları populyarlaşdırır.
Hazırda süni brilyantlar təqribən 7% bazar payına malikdir, 2020-ci ildə bu pay 3% idi.
Bəzi böyük zərgərlik pərakəndə satıcıları süni brilyantları əsas istiqamətə çevirmək üçün səy göstərirlər. 2021-ci ildə dünyanın ən böyük zərgərlik şirkəti "Pandora" təbii brilyantlardan istifadəni dayandıracağını və zərgərlik məmulatlarında laboratoriyada yaradılmış brilyantlara keçəcəyini elan edərək böyük dəyişiklik edib.
"Pandora" istehlakçıların getdikcə daha çox bunu tələb etdiyini bildirib. ABŞ-ın ən böyük zərgərlik şirkəti olan "Signet" (Zales, Kay Jewelers və Jared şəbəkələrinə sahibdir) laboratoriya brilyantlarından ibarət zərgərlik məmulatlarının populyarlığının artdığını bildirib.
Laboratoriyada brilyantlar hazırlayan "Charles and Colvard" markası, istehlakçıların yalnız taxdıqları zinət əşyaları ilə yaxşı görünmək istəmədiklərini, həm də əşyalar ilə özlərini yaxşı hiss etmək istədiklərini bildirib.
"Charles & Colvard"ın prezidenti və baş direktoru Don O'Connell, "Şüurlu istehlakçılıq artdıqca, laboratoriyada hazırlanan brilyantlara tələb artır. İstehlakçılar daşların mənşəyini bilmək və münaqişəsiz olduğuna əmin olmaq istəyirlər. Onlar öz dəyərlərinə uyğun gələn zərgərlik məhsulları almaq seçimini qəbul edirlər”.
Laboratoriyada brilyant hazırlayan VRAI markası, pandemiyanın sosial və ekoloji problemlərə diqqəti artırdığını qeyd edir. İstehlakçıların daha düşüncəli olduqlarını və satın alma vərdişlərini, həmçinin dəstəklədikləri şirkətləri və sənayeləri yenidən qiymətləndirdiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























