Nobel mükafatı laureatı ABŞ-ın iqtisadi sisteminin "kövrək" olduğunu bildirib
Amerika hakimiyyəti kövrək və şokdan ciddi şəkildə təsirlənən iqtisadi sistem formalaşdırıb.
Marja xəbər verir ki, bu, amerikalı iqtisadçı, 2001-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitsin bazar günü “The Washington Post” qəzetində dərc olunan məqaləsində deyilir.
Nəşr vurğulayır ki, bəzi analitiklər ABŞ-da daha irimiqyaslı iqtisadi sarsıntıların yaranmasından ehtiyat edirlər.
Əvvəllər Dünya Bankının baş iqtisadçısı vəzifəsini tutan Stiqlitz, "İqtisadi sistem hər cür sarsıntılar zamanı özünü tənzimləmək qabiliyyətinə malik deyil" deyib.
"Biz daha kövrək və buna görə də şokdan təsirlənmə ehtimalı daha yüksək olan iqtisadi sistem yaratdıq. Yaşadığımız sarsıntıların daha ciddi nəticələri var",- ABŞ-ın 42-ci prezidenti Bill Klintonun administrasiyasında Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının sədri olmuş Stiqlits əlavə edib.
Qəzetin sorğuladığı ekspertlərin fikrincə, hakimiyyətin Amerika Silikon Vadisi Bankının (SVB) iflasına tez reaksiya verməsi “dövlətdən maliyyə infuziyalarına öyrəşmiş sistemin kövrəkliyini göstərdi”.
Məqalədə “ABŞ-da bütün istehlak və kommersiya kreditlərinin yarıdan çoxunu təmin edən, faktiki olaraq tənzimlənməyən özəl bazarlar da daxil olmaqla yeni iqtisadi təhlükələrdən” bəhs edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























