Avropada tanınmış bankların ofislərinə vergidən yayınma şübhəsi ilə basqın edilib
Parisdə 5 bankda axtarışlara başlanılıbFransanın paytaxtı Parisdə 5 bankın baş ofisinə vergidən yayınma şübhəsi ilə basqın edilib.
Marja xəbər verir ki, Milli Maliyyə Prokurorluğu (PNF) Societe Generale, BNP Paribas, Exane, Natixis və HSBC banklarında axtarışlar aparır.
Prokurorluq bu 5 bankın La Defense bölgəsindəki qərargahına, onların çirkli pulları yuduqları və yüksək dərəcədə vergidən yayındıqları səbəbi ilə basqın edib.
Axtarışın 2021-ci ilin dekabrında açılmış ilkin araşdırmalar çərçivəsində aparıldığı bildirilir.
Sözügedən istintaqa bu bankların xarici səhmdarlar üçün dividend vergisindən yayınmağa yönəlmiş "Cum-Ex" mexanizmi ilə əlaqədar çirkli pulların yuyulması və yüksək vergilərdən yayınması ilə bağlı fayllar daxildir.
“Le Monde” qəzetinin 2018-ci ildə bankların bu yolla hər il Fransaya milyardlarla dollar zərər vurması barədə məlumat yaymasından sonra prokurorluq 2021-ci ildə ilkin araşdırmaya başlayıb.
Avropada, xüsusilə Almaniya və Hollandiyada bənzər araşdırmaların açıldığı bildirilir, "Cum-Ex" mexanizmi nəticəsində Avropa miqyasında 20 ildə 140 milyard avronun itirildiyi təxmin edilir.
XXX
Almaniya və Fransanın hüquq-mühafizə orqanları BNP Paribas, Societe Generale, HSBC bankları və digər maliyyə qurumlarının ofislərində vergidən yayınmada şübhələndikləri üçün reyd keçiriblər.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Handelsblatt qəzeti məlumat yayıb.
Məlumata görə, 200-ə yaxın hüquq-mühafizə orqanı Parisin La Defense maliyyə rayonunda bir neçə banka reyd keçirib. Yuxarıda qeyd olunan maliyyə qurumlarından başqa, Fransanın ən böyük korporativ və investisiya banklarından biri olan Natixis və investisiya bankı Exane-də də axtarışlar aparılıb.
Qəzetin yazdığına görə, reydlərin səbəbi ilk növbədə qanunsuz sahibkarlıq şübhəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























