Sürpriz qərar nefti kəskin bahalaşdırdı - QİYMƏTLƏR 5%-DƏN ÇOX ARTDI
Neft qiymətləri sürpriz şəkildə bəzi OPEC+ ölkələrinin hasilatı azaldacaqlarını elan etmələri ilə əlaqədar olaraq 5 dollardan çox və ya 5,5% qalxıb.Dünən sürpriz şəkildə, bəzi OPEC+ ölkələrinin may ayından başlayaraq 2023-cü ilin sonuna qədər neft hasilatını könüllü azaldacaqlarını elan etmələri ilə əlaqədar olaraq neft qiymətləri kəskin yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti 5,4% bahalaşma ilə 84,17 dollardan, ABŞ xam nefti isə 5,5% bahalaşma ilə 79,80 dollardan ticarət olunub.
Bu gecə Brent neftinin qiyməti 86,20 dolları da görüb.
Qeyd edək ki, Brent neftinin qiyməti ötən həfətə 79,89 dollardan bağlanmışdı.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.Bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 500 min barel/gün azaldacaq.
BƏƏ Xəbər Agentliyinin yaydığı açıqlamaya görə, BƏƏ hasilatı gündəlik 144 min barel azaldacaq.
Bundan əlavə, gündəlik neft hasilatını İraq 211 min barel barel, Küveyt 128 min barel, Oman 40 min barel və Əlcəzair 48 min barel azaldacaq.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edir ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib.
"Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir", - məlumatda deyilir.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyi may ayından 2023-cü ilin sonuna kimi hasilatın azaldılacağını elan edib - bu ölkə hasilatı sutkada 78 min barel azaldacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın da hasilatı könüllü olaraq gündəlik 500 min barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb. Rusiya Federasiyası mart ayında hasilatı azaltmağa başlayıb.
Alyans ölkələri hasilatın azaldılmasını OPEC+ nazirlər monitorinq komitəsinin aprelin 3-nə planlaşdırılan iclası ərəfəsində elan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
16 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
22 d. əvvəl
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı
-
1 saat əvvəl
ABŞ-ın neft şirkətləri Trampın Venesuelaya müdaxiləsindən sonra dəyər qazanıblar
-
2 saat əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
3 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Yanvarın 6-da gözlənilən hava şəraiti
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram


























