“AzInTelecom” MMC ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (AZSTAND PHŞ) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru İlham Bayramov imzalayıb.
Tərəflər memorandumla razılaşdırıb ki, texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma üzrə informasiya təhlükəsizliyi, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal texnologiyaların inkişafı üzrə birgə layihələr həyata keçirəcəklər.
Həmçinin keyfiyyət infrastrukturu çərçivəsində işlərin təşkili, təkmilləşdirilməsi və bu sahədə ehtiyac ola biləcək digər istiqamətlər üzrə birlikdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda yerləşən “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə cavab verən Data mərkəzlərinə sahibdir.
Şirkətə məxsus Data mərkəzləri vasitəsilə dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Fövqəladə vəziyyətlərdə məlumatların qorunması – DRaaS”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edilir.
“Azərbaycan Standartlaşma İnstitutu” PHŞ standartların hazırlanması, qəbulu və ləğv edilməsi, normativ sənədlərin Dövlət Fondunun idarə edilməsi, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsi istiqamətində fəaliyyət göstərir. AZSTAND 2017-ci ildən ISO-nun tamhüquqlu üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















