“Taxıl sazişi”nin Rusiya hissəsi icra olunmur"
Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar yalnız Rusiya Federasiyasının qanuni maraqları nəzərə alınmasına əsaslana bilər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. bildirib.
Onun sözlərinə görə, bu qanuni maraqlar təkəbbürlü şəkildə Qərb tərəfindən “iqnor” edilib.
“Rusiya Federasiyasının həm prezidenti, həm də digər nümayəndələri dəfələrlə bildiriblər ki, biz danışıqlardan imtina etmirik, lakin bu danışıqlar yalnız bizim qeyd etdiyimiz əsasda, Rusiyanın qanuni maraqlarını, haqlı narahatlıqlarını nəzərə almaq əsasında baş tuta bilər”- deyə Lavrov vurğulayıb.
Rusiya XİN başçısı “Taxıl sazişi”ndən də danışıb. Onun sözlərinə görə, sazişin Rusiya hissəsi həyata keçirilmir, maneələr qalmaqda davam edir.
"Bu paketin BMT ilə ölkəmiz arasında xüsusi memorandumda nəzərdə tutulan Rusiya hissəsi ümumiyyətlə həyata keçirilmir. Həm türkiyəli dostlarımız, həm də bütün paketin təşəbbüskarı BMT-nin baş katibi cənab Antonio Quterreş Qərb ölkələrinə müvafiq çağırışlar və tələblər ünvanlayır, lakin hər şey nəticəsiz qalır. Rusiya məhsullarının ixracının maliyyələşdirilməsi, logistik rəsmiləşdirilməsi, sığortalanması yolunda maneələr qalır və hətta daha da sərtləşir. Əlbəttə ki, biz türk dostlarımızla BMT baş katibinin təşəbbüsü ilə qəbul edilən qərarların əngəlləndiyi bir şəraitdə bütün bu vəziyyətin gələcək perspektivlərini müzakirə edəcəyik”, - deyə Lavrov qeyd edib.
O əlavə edib ki, Rusiya taxıl müqaviləsini 60 gün uzadaraq kiçik gərginliyə gedib: “Biz məcbur olduq, bir dəfə bu müqaviləni ikinci müddətə 120 gün uzatdıq və kiminsə bu məsələləri həqiqətən həll edə biləcəyinə dair heç bir əlamət tapmadıq. Biz bir az eskalasiyaya getdik və bu müqaviləni cəmi 60 gün uzatmağı təklif etdik. Rusiya gübrələrinin və taxılının ixracına maneələrin aradan qaldırılmasında əlavə irəliləyiş olmadığı təqdirdə, bu sövdələşmənin lazım olub-olmadığını nəzərdən keçirəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
16 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
28 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
35 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
44 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)











.jpg)





