Azərbaycan Əbu-Dabi Limanlar Qrupu ilə danışıqlar aparıb
Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru ilə onlayn görüş keçirilibİqtisadiyyat naziri Mikayıl Cabbarovun Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə onlayn görüşündə ölkəmizlə əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi, xüsusilə ticarət, investisiya və digər sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb. İqtisadi-ticarət əlaqələrinin inkişafında hər iki tərəfdən birgə təşəbbüslərin mühüm rolu qeyd edilib və bu baxımdan “AD Ports”un yeni əməkdaşlıq münasibətlərinin qurulması yönündə səyləri müsbət qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Xəzər dənizi hövzəsində həyata keçirilən layihələr üzrə birgə əməkdaşlıq üçün geniş imkanlar var və bu sahədə işgüzar dairələrin fəal iştirak etməsi önəmlidir.
Görüşdə “AD Ports” ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, nəqliyyat-logistika, biznes və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinə məxsus olan “AD Ports” şirkəti 2006-cı ildə yaradılıb, dənizçilik, limanlar, iqtisadi və azad ticarət zonaları, logistika, rəqəmsal həllər istiqamətləri üzrə fəaliyyət göstərir. Regionun logistika, sənaye və ticarət sahələri üzrə əsas vasitəçilərindən olan “AD Ports” şirkəti Orta Dəhliz ölkələri ilə fəal əməkdaşlıq edir.
XXX
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu ilə danışıqlar aparıb.
Marja.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.
"Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda keçirdiyimiz görüşdə qurum ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük",- Nazir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
- 12 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 51 d. əvvəl
-
54 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)













.jpg)




