Yeni Kənd təsərrüfatı naziri kimdir?
Bu gün Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Marja.az xəbər verir ki, təyinatadək Məcnun Məmmədov 52 milyon 560 min manat nizamnamə kapitalı olan "GRAND-AGRO" MMC-nin direktoru olub. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilərr pr 153-dür (Port Baku).
"Grand-Agro "MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun bağlarının salınmasını həyata keçirir.
Həmçinin Məcnun Məmmədov "Agro Food Investments" MMC (AFİ) şirkətinin rəhbəri olub. Bu şirkət Azərbaycanın ən böyük agrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən zeytun yağı istehsalı müəssisəsi, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı və minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləmişdir.
Məcnun Məmmədov "PMD Group", "Modern Group", "AER" və "Deloitte" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























