Laparoskopik cərrahi əməliyyatların icra olunduğu dövlət xəstəxanalarının sayı artırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ginekoloji, uroloji və ümumi cərrahi əməliyyatların qapalı üsulla icrası üçün lazımi alətlər və aksesuarlar daxil olmaqla 18 dəst laparoskopik cihaz alınıb. İlkin mərhələdə laparoskopik cihazlarla Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası, Sabunçu, Qaradağ, Xətai və Sumqayıt tibb mərkəzləri, Abşeron, Ağdaş, Gəncə, Göyçay, Kürdəmir, Quba, Sabirabad, Saatlı, Şəki, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları təchiz ediləcək.
Agentliyin yaydığı məlumatda bildirilir ki, endoskopik və laparoskopik avadanlıqların alınması dövlət xəstəxanalarında mütərəqqi müalicə üsullarının tətbiqinə şərait yaradır. Laparoskopik metodla aparılan əməliyyatın üstünlüyü odur ki, ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Optik cihazın kəsik yolu ilə əməliyyat sahəsinə daxil olması cərraha həmin nahiyəni monitorda rahatlıqla görməyə imkan verir. Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan ağırlaşma olmadıqda pasiyent növbəti gün evə yazılır. Bundan əlavə, əməliyyatdan sonra bədəndə kobud kəsik və çapıq izləri qalmır.
Bundan başqa, kişilərdə transuretral elektrorezeksiya (TUR) əməliyyatlarının icrası üçün alınan 5 dəst rezektoskop endoskopik yolla sidik kisəsi və prostat vəzinin biopsiyasını aparmağa imkan verir. TUR əməliyyatları sidik kisəsinin törəməsi və prostat vəzinin adenomasının cərrahi müalicəsində geniş istifadə edilir. Əməliyyat zamanı rezektoskop sidik kanalı vasitəsi ilə yeridildiyi üçün bədəndə heç yerdə kəsik aparılmır. Bu isə pasiyentin əmək qabiliyyətinin tez bərpa olunmasına şərait yaradır.
Çoxfunksiyalı cərrahi əməliyyatların icrası üçün alınan alətlər və aksesuarlar daxil 41 ədəd elektrokoaqulyator və möhürləmə cihazı da xəstəxanalara təhvil veriləcək. Monopolyar və biopolyar rejimdə olan cihazla eyni anda iki fərqli cərrahi prosedurların aparılması mümkündür. Cihazlar ümumi cərrahiyyə, endoskopik, kardioloji, uroloji, ginekoloji və digər əməliyyatlarda toxumaların kəsilməsi və lehimlənməsi, zədələnmiş damarların mənfəzinin bağlanması və qanaxmanın dayandırılması üçün istifadə edilir.
Xroniki venoz çatışmazlığı və venaların varikoz genişlənməsindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan 3 ədəd radiotezlikli cihaz alınıb. Bu cihazlar vasitəsi ilə əməliyyat kəsiksiz və ağrısız aparılır, pasiyent heç bir diskomfort hiss etmir. Dəridə açılan iynə dəliyindən kateter yeridilərək radiotezlikli dalğaların istilik enerjisi ilə damarlarda varikoz genişlənməsi aradan götürülür. Əlavə olaraq, əməliyyat vaxtı damarların bağlanması (liqasiyası) üçün 5 ədəd liqasiya cihazı alınıb. Bu cihazla damar divarları bir-birinə yapışdırılaraq qanaxmanın qarşısı alınır və damarların daimi bağlanması təmin edilir.
Öd yollarının diaqnostik müayinəsi və vizual nəzarət altında endocərrahi əməliyyatlarda istifadə üçün 1 ədəd xoledoxoskop cihazı alınıb. Xoledoxoskopiya daxili və xarici öd yollarının vizuallaşdırılmasına və onun vəziyyətini ətraflı təsvir etməyə imkan verən müayinə metodudur. Xoledoxoskopiya həmçinin açıq və laparoskopik əməliyyatlarda öd axarından biopsiyanın götürülməsi və daşların çıxarılması zamanı tətbiq edilir.
Cavitron ultrasəs aspirasiya cihazından neyrocərrahi, mədə-bağırsaq, ginekoloji, uroloji və digər cərrahi əməliyyatlarda yumşaq toxumaların kəsilməsi, parçalanması və sovrulub çıxarılmasında istifadə olunur. Bu cihaz sağlam toxumalara və ona bitişik qan damarlarına minimum zədə yetirməklə şiş, lipoma və digər törəmələrin ən radikal şəkildə çıxarılmasına imkan verir.
Əlavə olaraq oftalmoloji xəstəliklərin müayinə və müalicəsində istifadə edilən 5 ədəd oftalmoskop, oftalmoloq üçün 5 ədəd xüsusi iş masası, 5 ədəd göz tonometri, 5 ədəd avtorefraktometr xəstəxanalara veriləcək. Kataraktanın müasir metodla müalicəsində tətbiq edilən 1 ədəd FAKO cihazı da alınıb və yaxın vaxtlarda tibb müəssisəsinə təhvil veriləcək.
Agentlik tərəfindən həmçinin cərrahi alətlərin, pasiyentlərə qulluq vasitələrinin yuyulması, dezinfeksiyası, paketlənməsi və sterilizasiyası üçün ümumilikdə 55 ədəd avadanlıq alınıb. Əsasən avtoklav və müxtəlif buxarlı sterilzatorlardan ibarət avadanlıqlar həm tibb personalı, həm də pasiyentlərin sağlamlığının təhlükəsizliyinə xidmət edir.
Bundan başqa, cərrahiyyə və reanimasiya şöbələrinə 35 ədəd əməliyyat masası, 120 cərrahi alət dəsti, 20 ədəd əməliyyat lampasının verilməsi nəzərdə tutulub.
Dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir cərrahi avadanlıqlar, cihazlar, alətlər və ləvazimatlar cari il ərzində mərhələli şəkildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə təhvil veriləcək. Tibb müəssisələrinin avadanlıqlarla təchizatı vətəndaşların icbari tibbi sığorta hesabına vaxtında və keyfiyyətli müalicə ilə təmin olunması məqsədi daşıyır.
Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 d. əvvəl
-
-
24 d. əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
15 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 15 saat əvvəl
-
16 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
16 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti






















