Hesab.az-ın sahibi maliyyə göstəricilərini açıqladı - BÖYÜK ARTIMLAR QEYDƏ ALINIB
2021-ci ildə 688 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2022-ci ildə bu rəqəm 729 minə kimi yüksəlib.Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti QoldenPey ASC, 2022-ci ilin yekunları üzrə beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
GoldenPay şirkətinin idarə heyətinin sədri Naina Mehdiyevanın Marja-ya verdiyi məlumata əsasən, bu il fəaliyyətinin 16-cı ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.
Belə ki, şirkətin 2022-ci il üzrə ümumi dövriyyəsi 624 milyon 49 min manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur (2021-ci ildə 494 milyon 932 min manat).
2022-ci ildə Şirkətin gəlirləri 11 milyon 155 min manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur (2021-ci ildə 8 milyon 397 min manat).
“QoldenPey” ASC 2022-ci ili 2 milyon 147 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1 milyon 410 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə şirkətin xalis mənfəəti 52% artıb.
2022-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 6 milyon 625 min manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin (2021-ci il 4 milyon 158 min manat) analoji dövrü ilə müqayisədə 59% artmışdır.
2022-ci il sonu etibarilə Şirkətin cəmi kapitalı (xalis aktivlər) 4 milyon 615 min manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin (2021: 2 milyon 467 min manat) analoji dövrü ilə müqayisədə 87% çoxdur.
Bu artımı həmdə Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2021-ci ildə 688 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2022-ci ildə bu rəqəm 729 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 6% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 740 mindən çoxdur.
14 Aprel tarixində yaradılışının 12-ci ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.
Naina Mehdiyeva qeyd edib ki, 2023-ci ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı lider mövqeyinin saxlanılması nəzərdə tutulur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)







.jpg)





