Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
TCMB seçkilərdən əvvəlki son iclasında uçot dərəcəsini dəyişməyib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi TCMB faizlərində dəyişiklik etmədi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı əsas faiz dərəcəsini 8,50% səviyyəsində dəyişməz saxladı.
Mərkəzi Bankın press-relizində bildirilir:
"Həyata keçirilən vahid siyasətin dəstəyi ilə inflyasiyanın səviyyəsində və meylində yaxşılaşma müşahidə olunmağa başlansa da, zəlzələnin yaratdığı tələb-təklif balanssızlığının inflyasiyaya təsiri yaxından izlənilir.
Maliyyə şərtlərinin dəstəklənməsi zəlzələdən sonra sənaye istehsalındakı sürətlənmənin davam etməsi və məşğulluğun artması tendensiyası baxımından daha da əhəmiyyət kəsb edir. Bu çərçivədə İdarə Heyəti pul siyasəti faizini sabit saxlamağa qərar verib. Komitə bu qənaətdədir ki, pul siyasəti mövqeyi qiymət və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kifayətdir. 2023-cü ilin ilk yarısında baş verən zəlzələnin təsirləri yaxından izlənəcək".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























