4 televiziya kanalına xəbərdarlıq edildi
Televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilib.Bu gün Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində "ATV", 28 mart 2023-cü il tarixində "ARB", 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























