“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini proqnozlaşdırıldığı kimi 25 baza bəndi artıraraq 5-5.25% aralığına qaldırararaq son 16 ilin ən yüksək səviyyəsini yüksəltdi. Keçən ilin martından bu yana 10-cu faiz artımını reallaşdıran bank, faiz dərəcəsini ümumilikdə 500 baza bəndi artırmış oldu.
Ötən həftə ölkədə açıqlanan məlumatlara görə, analitiklər əmək bazarında güclü kursun davam etdiyini ifadə edərək, qeyd olunan məlumatların FED-in monetar siyasətin davamında əlini yüngülləşdirdiyini qeyd ediblər.
Beləki, ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı aprel ayında gözləntiləri aşaraq 253 min nəfər artdığı halda, işsizlik səviyyəsi 3.4%-ə enib ki, bu da son 50 ildən çox müddətdə ən aşağı səviyyədir.
Digər tərəfdən, ABŞ Federal Əmanətlərin Sığortalanması Koorporasiyası (FDIC) “First Republic Bank”-ın bağlandığını və aktivlərinin ABŞ-ın böyük banklarından biri olan “JPMorgan Chase” tərəfindən alınacağını açıqladıqdan sonra bank böhranı səngisə də, bank sektoruna dair növbəti neqativ xəbərlə yenidən ortalıq qarışdı.
"PacWest Bancorp" (PACW.O) çətinliklərlə üzləşib. Bank satış və kapitalın artırılması da daxil olmaqla strateji variantları araşdırır. Bu xəbərdən sonra bankın və bir sıra digər regional ABŞ kreditorların səhmlərinin qiymətləri ucuzlaşıb.
"PacWest" səhmlərinin təxminən 60% ucuzlaşması, tənzimləyicilərin mart ayında "Silicon Valley Bank" və "Signature Bank"-ın iflas olmaqları ilə başlayan bank böhranına son qoymaq səylərinə baxmayaraq, investorların regional banklara güvənmədiklərini vurğulayır.
Sektorda narahatlıqlar nisbi sakitlik dövründən sonra yaranmağa başlayıb və Amerikada kredit imkanlarının çətinləşməsinə səbəb olmaqla, iqtisadi artıma mənfi təsir göstərə bilər.
"PacWest" səhmləri 8 mart tarixində başlayan regional bank böhranından bugünə qədər 90% dəyər itirib. Həftə ərzində təzyiq altında olan digər regional kreditorların səhmlərinin qiymətləri də ucuzlaşıblar.
Nəticədə səngimək bilməyən qeyri-müəyyənliklər dollar indeksinidəki artım tednesiyasının yenidən enişlə əvəzlənməsinə səbəb olub. Həftəni 100.80 bənd səviyyəsindəki kritik dəstək həddinin üzərində, 100.86 bənddə başa vuran dollar indeksində bütün suallara çərşənbə günü açıqlanacaq aprel ayı üçün inflyasiya göstəriciləri aydınlıq gətirə bilər. Analitiklər İstehlak Qiymətləri Baza İndeksinin aylıq illik 5.5% artacağını ehtimal edirlər. Manşet inflyasiyanın (CPİ) isə illik müqayisədə 5% artacağı proqnozlaşdırılır.
İqtisadi təqvimə CPI rəqəmləri ilə yanaşı, cümə axşamı açıqlanacaq İstehsal Qiymətləri İndeksi də daxildir.
EUR
Ötən həftə Avropa birjalarında Avropa Mərkəzi Bankının (AMB) gözləntilərə uyğun olaraq üç əsas faiz dərəcəsini 25 baza bəndi artırdığı həftədə qarışıq kurs müşahidə olunub.
ECB tərəfindən, gələcək dövrdə alınacaq qərarların birjalarda qiymətlər üzərində təsrilərinin ciddi olacağı açıqlanıb.
Toplantı sonrası baş tutan mətbuat konfransında ECB sədri Kristin Laqard, bankın inflyasiyaya qarşı "gedəcəyi daha çox yol" olduğunu və Avrozonada inflyasiya ilə mübarizə üçün monetar sərtləşdirməni "dayandırmadığını" söylədi.
Analitiklər ehtimallarına görə faiz qərarı və sədr K.Laqardın açıqlamalarından sonra valyuta birjalarında qiymətlərin formalaşmasında ECB-nin ilin sonuna qədər faiz dərəcələrini əlavə olaraq 50 baza bəndi artıracağı proqnozları mühim roll oynayacaq.
Çərşənbə günü Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksləri EURUSD məzənəsində tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Təhlillərə əsasən “buğalar” EURUSD məzənnəsində qiymətləri 1.1066 həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası 1.12$-a kimi davam edə bilər.
GBP.
İnflyasiya ilə mübarizəni davam etdirən İngiltərə Mərkəzi Bankının (BoE) cümə axşamı faiz dərəcələrini daha 25 baza bəndi artıracağı gözlənilir.
Böyük Britaniyada inflyasiya 10.1% təşkil edir ki, bu da Avrozonadan xeyli yüksəkdir. Eyni zamanda, ərzaq qiymətlərinin artması və “Brexit” səbəbiylə əmək bazarındakı problemlər maaşları yüksək saxlayır.
Yüksək inflyasiyanın və sıx əmək bazarının birləşməsi bu il daha çox faiz artımı ehtimallarını gücləndirir. Buna görə də mərkəzi bankın iqtisadi artım və inflyasiya ilə bağlı yenilənmiş proqnozları yaxından izləniləcək.
Qeyd edək ki, BoE qərarından bir gün sonra İngiltərədə açıqlanacaq aylıq, rüblük və illik müqayisədə ÜDM məlumatlarına əsasən ölkədə iqtisadi artım templərin olduqca zəif olacağı proqnozlaşdırılır.
GOLD.
Qızılın qiyməti həftə ərzində tarixi maksimumunu (2075.10$) yeniləyərək 2075.38$ səviyyəsini görsə də Amerikada proqnozların çox üzərində artım qeyd alınan əmək bazarı göstəriciləri fonunda bir qədər ucuzlaşdı. Lakin, qiymətli metalın bir unsiya üzrə qiyməti həftəni əvvəlki bağlanışla müqayisədə 1.4%-lik bahalaşma ilə 2016.36$ səviyyəsində bağladı.
Təhlillərə əsasən bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin İngiltərədə dərc olunacaq ÜDM-in həcmi valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
11 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















