Unicapital-dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
3 may tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqladı. Qərarda uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılmışdır. İnflyasiyanın daxili və xarici risklərini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Mərkəzi Bankın məlumatına əsasən, faiz dəhlizinin parametrlərinə dair qəbul edilən qərarların təsiri ilə banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxmışdır. İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcəkdir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyun ayının 21-də açıqlanacaqdır.
Ötən həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracında tələb təklifi(hərraca çıxarılan ilkin həcm) 4 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 45 milyon AZN olmuşdur. Hərrac 6.98% orta ölçülmüş və 7.07% kəsmə gəlirliliklə nəticələnmişdir. Aprel ayında keçirilmiş 2 illik istiqrazların hərracında bu göstəricilər müvafiq olaraq, 7.16% və 7.24% idi.
AR Mərkəzi Banklarının notlarında gəlirliliklər artmaqdadır. Belə ki, keçən həftə keçirilən 28, 84, 168 və 252 günlük not hərraclarında orta ölçülmüş gəlirliliklər 6.89%-8.90% (bundan öncəki 6.60%-8.77%) aralığında olmuşdur.
Qlobal bazar
3 may tarixində ABŞ FED faiz dərəcələrini gözləntilərə uyğun olaraq 0.25% artıraraq 4.75%- 5.00% səviyyəsindən 5.00%-5.25% səviyyəsinə çatdırdı. ABŞ-da faiz dərəcələri 2007-ci ildən bəri ən yüksək həddə çatıb.
ABŞ-da əmək bazarındakı dəyişikliklər müsbət tendensiyada davam edir. Analitiklər ABŞ-da işsizliyin artmasını proqnoz etsələr də keçən həftə açıqlanan məlumata əsasən işsizlik dərəcəsi 3.5%-dən 3.4%-ə düşmüşdür. Gözlənti 3.6% idi. Həmçinin, qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik də artaraq 236k-dan 253k-a yüksəlmişdir. Bu göstərici üçün də bazarın gözləntisi bədbin, 185k idi.
Bu həftə, 10 may tarixində, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiya göstəricisinin dəyişməyərək 5.0% qalacağı proqnoz edilir.
Ötən həftə Avropa Mərkəzi Bankı da faiz dərəcələrini 0.25 faiz bəndi artıraraq uçot dərəcəsini 3.50%-dən 3.75%-ə qaldırdı. Avropada inflyasiya artaraq 6.9%-dən 7.0%-ə yüksəlib.
Bu həftənin cümə günü Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın azalaraq 3.51%-dən 2.40%-ə düşəcəyi proqnoz edilir.
Türkiyədə inflyasiya azalmağa davam edir. Aprel ayında inflyasiya azalaraq 50.51%-dən 43.68%-ə düşmüşdür. Analitiklərin gözləntisi 44.10% idi.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 d. əvvəl
- 37 d. əvvəl
-
- 41 d. əvvəl
-
47 d. əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
-
2 saat əvvəl
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
-
4 saat əvvəl
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycan BOKT-u rebrendinq edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
Aprelin 10-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib

















