Ərəbistanın iri neft şirkətinin xalis mənfəəti azalıb
Dünyanın ən dəyərli neft şirkətinin xalis mənfəəti 19 faizdən çox azalaraq 31,9 milyard dollara düşüb.Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun 2023-cü ilin birinci rübündə xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azalıb.
Marja xəbər verir ki, "Səudiyyə Aramco"nun açıqladığı maliyyə balansına görə, yanvar-mart dövründə xalis mənfəəti 31,9 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 39,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Açıqlamada fikirləri yer alan "Saudi Aramco"nun Baş İcraçı Direktoru Amin Nasser, xalis mənfəətdə azalmaya baxmayaraq şirkətin böyümə strategiyasının planlar daxilində irəlilədiyini vurğulayaraq, şirkətin Çin və Cənubi Koreya, eləcə də ABŞ-da bir sıra mühüm investisiya və tərəfdaşlıqlara imza atdığını bildirib.
Xalis mənfəətin birinci rübdə xam neft qiymətlərinin aşağı səviyyədə olmasından qaynaqlandığına diqqət çəkilən açıqlamada, şirkətin aşağı xərcli kəşfiyyat və hasilat fəaliyyəti (upstream) nəticəsində bu qiymətlərdən ən az təsirləndiyi bildirilib.
Keçən ilin ilk rübündə əvvəlki ilə nisbətən xalis mənfəətini 82% artıran "Aramco" yüksək neft qiymətlərindən yararlanaraq dünyanın ən dəyərli şirkəti siyahısında ABŞ-da yerləşən texnologiya şirkəti Apple-ı geridə qoymuşdu.
Beynəlxalq istinad kimi qəbul edilən “Brent” markalı neftin barelinin qiyməti 2023-cü ilin ilk üç ayında ucuzlaşıb və ən yüksək 89,09 dollar, ən aşağı isə 70,06 dollar diapazonunda ticarət olunub.
Dünyanın ən dəyərli neft şirkəti "Saudi Aramco" 2022-ci ildə rekord məbləğdə - 161,1 milyard dollar xalis mənfəət əldə etmişdi. Şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 46,5% artmışdı. Şirkət rekord hasilat həcmi və Rusiyanın Ukraynaya hücumu nəticəsində neftin bahalaşması hesabına yüksək mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




