“AzInTelecom” MMC “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!
(®) İnformasiya və kommunikasiya texnologiyaları sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərlə Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “AzInTelecom” MMC ölkədə ilk dəfə keçirilən “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparacaq.
“AzInTelecom” MMC-nin İdarə heyətinin sədri Elxan Əzizov konfransın ilk günündə keçirilən panel müzakirələrində çıxış edəcək.
Elxan Əzizov paneldə “Ookla” nümayəndəsinin moderatorluğu, Sinqapurun “Circles.life”, Yeni Zelandiyanın “Lifestream” şirkətlərinin, Qazaxıstanın “Kcell” mobil operatorunun və “Google”un rəhbər şəxslərinin iştirakı ilə “Müştəri əlaqələrinin gücləndirilməsi: mobil prioritetli dünyada tərəfdaşlıqlar” mövzusunda fikir mübadiləsi aparacaq.
“AzInTelecom” MMC beynəlxalq konfransda, həmçinin stend ilə çıxış edəcək. Tədbirdə iştirak edərək sözügedən stendə yaxınlaşıb şirkətin hazırkı layihələri və gələcək planları barədə ətraflı məlumat əldə etmək olar.
“GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, 5G və infrastrukturun gələcəyi, “Əşyaların interneti”, “Süni intellekt və maşın öyrənməsi”, “Fintek”, kibertəhlükəsizlik kimi bir sıra mövzuları əhatə edir. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























