Rabitəbank-da İdarə Heyətinə yeni təyinat
Natiq Novruzov “Rabitəbank” ASC-nin İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı) təyin edilib.
Bu barədə Marja-ya Bankdan bildirilirb.
Qeyd edilib ki, 20 illik bank təcrübəsinə malik olan Natiq Novruzov 2003-2005-ci illərdə “Aqrarkredit” QSC-də mühasib və aparıcı kredit mütəxəssisi, 2005-2007-ci illərdə “İcraçı Kredit Agentliyi” MMC-də monitorinq şöbəsinin rəisi, 2007-2010-cu illərdə isə “CredAgro” BOKT-da filial müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.
2010-cu ildə “Rabitəbank” ASC-nin “Kreditlərin Təhlili” Şöbəsində müdir kimi başlamışdır. 2011-2013-cü illərdə “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentində Direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin Direktoru vəzifəsində çalışmışdır.
2020-ci ildən “Rabitəbank” ASC-nin Risk üzrə Baş Direktorun Müavini vəzifəsində çalışırdı.
Natiq Novruzov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.
2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən "Risklərin İdarə Edilməsi" üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin təşkil etdiyi mini MBA proqramını uğurla başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 44 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























