Azərbaycan avrobond borcunun 350 milyonluq hissəsini vaxtından əvvəl geri qaytarıb
Borc dövlət istiqrazlarından əldə edilmiş vəsait hesabına ödənilib.Azərbaycan Respublikası tərəfindən 2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq 1 milyard 250, milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızları (avrobondlar) 4,75% dərəcəsi ilə 10 il müddətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmişdir.
Borc strategiyası çərçivəsində qarşıya qoyulan hədəflərə, xarici valyutada ifadə olunmuş borcun ümumi borc portfelində xüsusi çəkisinin azaldılmasını və müvafiq olaraq milli valyutada ifadə olunmuş borcun artırılması məqsədilə ötən il ərzində daxili maliyyə bazarlarında emissiya olunan dövlət istiqrazlarından əldə edilmiş vəsait hesabına Azərbaycan dövlətinin 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobondların) 350 milyon ABŞ dolları məbləğində hissəsi vaxtından əvvəl geri alınmışdır. Sözügedən avrobondun 900 milyon ABŞ dolları hissəsi isə 2024-cü ildə xarici investorlara geri ödənilməlidir
Marja xəbər verir ki, bu, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
"Hesabat ilində yerləşdirilmiş istiqrazlar hesabına dövlət büdcəsinə daxil olmuş vəsaitin 592 milyon manatı konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilmişdir. Bu istiqamət üzrə bəzi risklər hələ də aktual olaraq qalmaqdadır. Belə ki, xarici borc məbləğinin tərkibində dəyişkən faiz dərəcəli borcların xüsusi çəkisi 38,4%-dən 41,6%-ə yüksəlmiş, 5 ilə qədər geri qaytarılmalı borclar xarici borclar üzrə ən yüksək paya malik olmuş, dövlət istiqrazları üzrə orta ödəniş müddəti aşağı həddə olmuş (orta və qısamüddətli istiqrazlar 80,7% payla), dövlət istiqrazları üzrə təkrar bazar və REPO əməliyyatlarının həcmi azalmışdır",- Rəydə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























