Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!
İndi Naxçıvan sakinləri də lider mobil operatorun yüksəksürətli və etibarlı mobil internet xidmətlərindən yararlana bilərlər“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəsi çərçivəsində artıq Naxçıvan şəhərini də öz 4G əhatə dairəsinə daxil etdi.
Bu bölgədə aparılan işlər hazırda davam edir və 2023-cü il ərzində lider mobil operator Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.
Qeyd edək ki, 4G texnologiyasını dəstəkləməyən sim kart istifadəçiləri nömrələrini istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən yeni sim kart ilə dəyişə və üstündə 5GB həcmində yenilənməyən internet paket də hədiyyə ala bilərlər. Ətraflı məlumat üçün: 4G
Xatırladaq ki, Azercell ötən ilin avqust ayından etibarən infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir. Bu müddət ərzində şirkət ümumilikdə 126 yeni 4G baza stansiyasını quraşdırıb, 1200-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan və modernləşdirilən baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edib.
Mobil şəbəkə layihəsi çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























