Dubay 2050-ci ilə qədər ictimai nəqliyyatı "yaşıllaşdırmağı" hədəfləyir
Dubay Yollar və Nəqliyyat İdarəsi (RTA) 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmaq üçün əmirliyin bütün ictimai nəqliyyatını tələb edən bir strategiya qəbul edib.
Marja.az RTA-nın bazar günü yaydığı məlumata istinadən xəbər verir ki,strategiya karbon emissiyalarını 10 milyon ton azaldacaq.
RTA strategiyası 2030-cu ilə qədər şəhər avtobuslarının 10%-nin elektrik və ya hidrogenlə işləməsini tələb edir. Sonra Dubay hakimiyyəti hər beş ildən bir belə avtobusların payını iki dəfə artırmaq niyyətindədir ki, 2045-ci ilə qədər parkın 80%-i "yaşıl" enerji ilə işləsin. 2050-ci ilə qədər Dubayda avtobusların istixana qazları yaratmayacağı planlaşdırılır. Həmçinin RTA 2050-ci ilə qədər bütün məktəb avtobuslarını, taksiləri və limuzinləri yaşıl enerjiyə çevirməyi hədəfləyir.
Bundan əlavə, strategiya binaların modernləşdirilməsini və məişət tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsini əhatə edir. Belə ki, 2030-cu ilə qədər Dubay hakimiyyəti binaların və digər strukturlarının 74%-ni, 2035-ci ilə qədər 83%-ni, 2045-ci ilə qəd 100%-ni günəş panelləri ilə təchiz etmək niyyətindədir. Tullantıların utilizasiyası baxımından 2030-cu ilə qədər əmirlikdə bütün məişət tullantılarının təkrar emal edilməsi planlaşdırılır ki, bu da zibillərin zibilliklərə aparılmayacağı deməkdir.
2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən Net Zero 2050 strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs alternativ enerji mənbələrinin tətbiqinə yönəlib. 2022-ci ilin dekabrına olan məlumata görə, BƏƏ 15 il ərzində belə layihələrə 40 milyard dollardan çox sərmayə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





