CityNet GameSummit festivalının əsas tərəfdaşıdır
(®) CityNet internet provayderi Azərbaycanda ilk dəfə baş tutacaq kütləvi oyun festivalı olan GameSummit-in əsas tərəfdaşıdır.
İyunun 11-də Bakı İdman Sarayında keçiriləcək GameSummit video oyunları, virtual reallıq, pop mədəniyyəti, komiks və digər oxşar maraqların fanatlarını bir araya toplayacaq. Festival həm onlayn, həm də oflayn formatda keçiriləcək ən müxtəlif əyləncələr vasitəsilə oyun həvəsindən zövq almaq üçün möhtəşəm bir platforma olacaq.
Festival çərçivəsində yarışlar və müxtəlif simulyasiyalar da daxil olmaqla ən fərqli oyunlar üzrə çempionatlar keçiriləcək. İştirakçılar ən yaxşıların müəyyən ediləcəyi maraqlı turnirlərdə mübarizə apara biləcəklər. Həmçinin, klassik oyunların atmosferini yenidən yaratmaq və oyun masalarında strateji döyüşlərdən həzz almaq üçün retro və stolüstü oyun çempionatları da təşkil olunacaq. Tədbir çərçivəsində hər kəsin unikal oyun təcrübəsi əldə edə və ən son virtual əyləncədən həzz ala biləcəyi VR zonası da təşkil olunacaq.
CityNet-in əsas tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə baş tutacaq bu kütləvi tədbir hər bir iştirakçının maraqlı oyun dünyasına düşə biləcəyi, emosiyalar və unudulmaz sərgüzəştlər yaşaya biləcəyi bir festivala çevrilməyi hədəfləyib.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)